Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimetmə mərasimi keçirilib.
Yenicag.az-ın xəbərinə görə, AMEA prezidenti, akademik A. Əlizadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli fərmanına əsasən, qızıl medalla təltif etmək səlahiyyəti akademiyaya verilib.
Dəniz neft və qaz-kondensant yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin aktual problemlərinə həsr edilmiş fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə akademik Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə, beynəlxalq kooperasiyalı kosmik texnologiyaların əldə etdiyi yüksək elmi nəticələrinə və Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.
www.yenicag.az