Xuraman Şuşalı: “Mənim əvəzimə heç kəs gəlib qəbirdə yatmayacaq”
“Heç kimə ixtiyar verilməyib qısa geyinəni və ya başıbağlını müzakirə etsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Könüllü danış” verilişində deyib.
Sənətçi dini fikirlərini bölüşərək bunları qeyd edib:
“Bəzən deyirlər ki, namaz qılmırsansa və ya başını bağlamırsansa, cəhənnəm odunda yanacaqsan. Mən bu fikirdə deyiləm. Allah zalım deyil. Allahın mənim namazıma və ya hicabıma ehtiyacı yoxdur. Bu, mənim özümə lazımdır. Nə edirəmsə, özümə edirəm; yaxşılığı da, pisliyi də. Vaxtilə başım açıq idi, şou-biznesdə idim, qısa ətək də geyinirdim, azad idim. Amma yenə də ibadətim var idi, məscidlərə gedirdim. Burada heç bir qəbahət görmürəm. Deyirlər ki, insanın günahından xəbərin olar, amma onun tövbəsindən xəbərin olmaz. Heç kimə ixtiyar verilməyib ki, kiminsə geyimini müzakirə etsin. Hər kəs öz əməlinə görə cavab verəcək. Mənim əvəzimə heç kəs gəlib qəbirdə yatmayacaq”.
Nehru













