!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yağışlı havalar nə vaxtadək davam edəcək? - Meteoroloq AÇIQLADI

!Reklam – Yazi

“Ölkəmizin ərazisində qeyri-sabit yağıntılı hava şəraitinin yaxın 2-3 gün ərzində-iyul ayının 29-u axşam saatlarınadək davam edəcəyi gözlənilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hazırda ölkəmizdə hökm sürən qeyri-sabit hava şəraitinin səbəbləri haqda danışan meteoroloq Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan qeyri-sabit hava ölkəmizin sinoptik şəraiti – stasionar atmosfer cəbhələrinin az hərəkətli müdaxiləsi ilə əlaqədardır:

“Hazırda müşahidə olunan qeyri-sabit hava ölkəmizin sinoptik şəraiti – stasionar atmosfer cəbhələrinin az hərəkətli müdaxiləsi ilə əlaqədardır. Nəzərəçarpacaq yerdəyişməsi olmayan stasionar atmosfer cəbhələri, adətən təzyiq yəhərində (sedlovina) və ya antisiklon periferiyasında yerləşir. Topa-yağış (Cumulonimbus, Cb) buludları tez-tez cəbhənin ön tərəfində əmələ gəlir, güclü lokal xarakterli yağışlar yağır və intensiv tufan aktivliyinin inkişafına səbəb olur. Belə sinoptik şəraitlərdə təzyiq əhəmiyyətli dəyişikliklərə məruz qalmır, küləyin istiqaməti demək olar ki, dəyişməz qalır. Ölkəmizin ərazisində qeyri-sabit yağıntılı hava şəraitinin yaxın 2-3 gün ərzində – iyul ayının 29-u axşam saatlarınadək davam edəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında isə iyulun 28-ində yağıntıların daha intensiv olacağı, bəzi dağətəyi ərazilərdən sel keçəcəyi ehtimal edilir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv