Yanaraq ölənlərdən biri azərbaycanlı imiş
Səfirliyimiz yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Tatarıstan Respublikasının fövqəladə hallar xidməti vasitəsi ilə araşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Rusiyadakı səfirliyi Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Tatarıstan Respublikasının fövqəladə hallar xidməti vasitəsi ilə araşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katıbı Andrey Rodıginin Azərbaycanın Rusiyadakı səfirliyinə bildirib ki, yanğın zamanı bir nəfər Azərbaycan vətəndaşının həyatını itirdiyi müəyyən olunub(apa).