Yandırılan pilotla bağlı şok iddia

media-hightechnic-468x90

2-4-09876Ərəb mətbuatı İŞİD-in diri-diri yandırdığı iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbi ilə bağlı şok iddia irəli sürüb. Yenicag.az xəbər verir ki, İordaniyanın “Əl Qad” qəzeti pilotun İŞİD-in ələ keçməsində koalisiya qüvvələrini günahlandırıb.

Qəzetin iddiasına görə, pilot Muat Safi əl-Kasiyeşbi koordinatdan çıxaraq, qaçmaq niyyətində olub və onun bu planını gerçəkləşdirmək istədiyindən duyuq düşən Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələri təyyarəni vurublar. Qəzet yazır ki, İŞİD-in əlində təyyarə vuracaq silah yoxdur: “Əgər olsaydı, çoxdan havadan olan hücumlara qarşı istifadə olunardı”.

Məqalədə bildirilir ki, İordaniya rəhbərliyi də məsələdən xəbərdar olduğundan pilotun azad edilməsindən daha çox İŞİD-lə savaşın koordinasiya mərkəzi olması üçün çalışdı və məqsədinə nail oldu. Çünki bu dövlətə daha çox vacib idi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05