Yanğın baş verən bina sakinlərinin telefon borcları silinəcək
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş vermiş yanğın zamanı zərərçəkmiş bina sakinlərinin telefon borcları silinəcək.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov söyləyib. O bildirib ki, sakinlərin telefon və internet borcları nazirlik hesabına ödəniləcək.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, zərəçəkənlərin başqa ünvanlarda yerləşdirilməsi halında da onlara pulsuz telefon və internet xidmətləri ilə təmin olunacaqlar.
Qeyd edək ki, bundan öncə yanan bina sakinlərinin işıq və istilik təchizatı ilə bağlı borclarının silinməsi barədə aiddiyyatı qurumlar tərəfindən qərar qəbul edilib.