Yanğında zəhərlənən iki nəfər xəstəxanaya yerləşdirildi
Bakıda yaşayış binasındakı yanğında zəhərlənən iki nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, noyabrın 15-də saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) nevrasteniya diaqnozu ilə yerində ilkin tibbi xidmət göstərilib, iki nəfər (kişi və qadın) isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.












