“Xalı çatmayan bu gün Milli Məclisdən xal götürmək istəyir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən parlamentin komitə sədri Siyavuş Novruzov deputat həmkarı Fazil Mustafanın “İslahat parlamentdən başlamalıdır” fikrinə münasibət bildirərkən deyib.
O, deputatları əyləşdikləri kürsüyə hörmətlə yanaşmağa çağırıb:
“O, hansı maneədən danışır? “Tvitter”i, “Feysbuk”u var. Xalı çatmayan bu gün Milli Məclisdən xal götürmək istəyir. Gəlin, oturduğumuz stula hörmət edək”.