Yaponiyada 6.3 ballıq zəlzələ baş verib
Yaponiyanın Hokkaydo adasında 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 83 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar 173 min əhalisi olan Obihiro şəhərindən 30 kilometr cənub istiqamətində baş verib.
İtki və dağıntı barədə açıqlama verilməyib.












