“Yaramaz “işbazlar” və havadarları olan məmurların əmlakı müsadirə olunsun”-Millət vəkili

media-hightechnic-468x90

rasim_musabayev_2014Bu gün baş verən faciə ilə bağlı millət vəkili Rasim Musabəyov da öz münasibətini bildirib. Yenicag.az xəbər verir ki, deputat öz Facebook səhifəsində bunları yazıb:

“Dəhşətli faciə baş verdi. Çoxmərtəbəli binanın keyfiyyətsiz üzluyünün yanması nəticəsində Binəqədi rayonu Azadlıq prospektində yanğın 16 nəfərin həyatına son qoydu, 61 vətəndaş isə ciddi xəsarət aldı. Zərərçəkmişlərin doğmalarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, bu faciə feysbuk siyahısında olan dostlarımdan yan keçdi. Əminəm ki, dövlət tərəfindən zərərçəkmişlərə bütün zəruri yardım göstəriləcək.

Təəsüf ki, bu yaxınlarda Xətai rayonu ərazisində baş vermiş analoji hadisədən (xoşbəxtlikdən tələfatsız ötüşdü) nə məmurlar, nə də ki bina üzlüynü təzələyən şirkət lazımi nəticə çıxarmadılar. Və bu da nəticə. Vicdansız “işbazlar” və bəzi həris məmurlar qorxu hissini tamam itiriblər.

Hesab edirəm ki, istintaq ən qısa zamanda günahkarları müəyyənləşdirməli, qöhumluq əlaqələrindən və ya əvvəlki xidmətlərindən, kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər birini açıq-aşkar cəzalandırmalıdır. Prezident İlham Əliyevin bu faciənin araşdırılmasını şəxsi nəzarətə götürməsi bunun belə də olacağına əsas verir.

Yararsız üzlüklərin binalardan sökməyə başlayıblar – bu düz qərardır. Sakinləri öz həyat və əmlaklarının taleyinə dair narahatçılıqdan azad etmək lazımdır. Yaxşı olardı ki, bu təkrar işlərin xərclərini rüşvətə görə səhlənkar, səriştəsiz “iş adamı”larını dəstəkləyən, onlara havadarlıq edən məmurların və elementar təhlükəsizlik norma və tələblərə məhəl qoymayan, yaramaz “işbaz”lardan müsadirə olunan vəsaitləri hesabına aparılsın”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600