!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaz aylarının insanlarda yaratdığı “bahar” depressiyası: “Əgər insanlar özlərində belə hallar baş verdiyini hiss etsələr...”

!Reklam – Yazi

“Yazın ilk ayları, xüsusilə aprel ayında insanlarda halsızlıq yuxusuzluq, baş ağrıları, iştahsızlıq kimi hallar müşahidə olunur”. 

Bu fikirləri yaz aylarının gəlişi ilə insan əhval-ruhiyyəsində baş verən dəyişiklər və diqqət olunması məqamlar haqda danışan psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu aylarda insanların orqanizmləri ilə yanaşı ruhları da yenilənməyə başlayır:

“Yaz aylarını bəzən insanların “qanının qaynayan vaxtları” da adlandırırlar. Bu aylarda insanların orqanizmləri ilə yanaşı, onların ruhları yenilənməyə, ağaclar çiçək açan kimi fərdlərin ruhu da “çiçək açmağa” başlayır. Bahar aylarında günəş şüalarının artması insanların əhval-ruhiyyəsinə də təsir göstərir”.

Psixoloq əlavə edib ki, Günəş şüalarının çoxalması insanlarda serotonin hormonunun çoxalmasına və birbaşa onların xoşbəxt olmasına səbəb ola bilir.

“Düzdür, bu aylarda fərdlərdə bəzən yaz depressiyası da müşahidə olunması istisna olunmur. Lakin bu nadir olan hallardan biridir. Yaz depressiyası dediyimiz hallar da maddələr mübadiləsi ilə əlaqəlidir. Yazın ilk ayları, xüsusilə, aprel ayında insanlarda halsızlıq yuxusuzluq, baş ağrıları, iştahsızlıq kimi hallar da müşahidə olunur. Lakin təbii ki, bu hallar bütün şəxslərə şamil oluna bilməz”, – deyə o bildirib.

Psixoloq məsləhət görür ki, yaz gəldikdə insanlar qidalanmaya xüsusi diqqət yetirməli, evlərində bır sıra dəyişikliklərə yer verməli, musiqi dinləmək və idmanla məşğul olmaları məsləhətlidir:

“Bu onların depresiv hallar yaşamasının qarşısını alacaq. Əgər insanlar özlərində belə hallar baş verdiyini hiss etsələr, təbii ki, həkimlə məsləhətləşməlidirlər”.

İsmayıl Bakuvi

 

COP29

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv