!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeganə xalqıq ki, psixi xəstəni psixiatra aparmağa utanırıq" - Nevroloq

!Reklam – Yazi

“Xəstənin adamlarına deyəndə ki, bu xəstə özü və ətrafdakılar üçün təhlükəlidir, mütləq psixiatrik dispanserdə müalicə almalıdır, inciyirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri bu gün Bakıda bir ailənin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovun psixi xəstə olması ilə bağlı məlumatlara münasibət bildirən nevroloq Qalib Əsədov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib:

“Bəlkə də, dünyada yeganə xalqıq ki, psixi xəstəni bu sahənin mütəxəssisi olan psixiatra aparmağa utanırıq. Hətta bunu təhqir kimi qəbul edirik”.

Qeyd edək ki, anasını, atasını, bacısını və bacısının 5 yaşlı qızı ilə öz qardaşını qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemləri olub. Ailə onun müalicəsi ilə bağlı tədbir görsə də, psixiatriya xəstəxanasında yatmağa qoymayıblar. Ailənin yaxınları bunun Əhmədin anasının məktəb direktoru olması ilə əlaqələndiriblər.

COP29

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv