Yeni avtobuslarda təhlükə-Video
… Çoxumuza tanış mənzərədir. Bakıda da tez-tez baş verir avtobus qəzaları. Əksəriyyəti də sürücülərin hərisliyi üzündən. Avtobus da tanış avtobusdu. Ancaq videoda gördüyünüz hadisə Bakıda baş verməyib. Heç sürücünün təqsiri üzündən baş verdiyi də iddia olunmur. Hadisə Türkiyənin İstanbul şəhərində olub. Amma qəzanı törədən avtobus Bakıya təzəcə gətirilən avtobusların eynisidir -“İSUZU”. Bu qəzada da məhz “İsuzu” günahkar bilinir. Özü də bu onun birinci belə dəhşətli qəzası deyil.
Əvvəlcə hadisə barədə Türkiyənin İstanbul şəhərində avtobus qarşısına çıxan minik maşını ilə toqquşub, nəticədə iki nəfər ölüb.
Eyni markadan və modeldən olan avtobus ötən il də dəhşətli qəza törədib. Təqdim etdiyimiz videoda o müdhiş qəzanın da görüntüləri var. Ancaq diqqətləri çəkən qəzaların agırlıq dərəcəsi, ölənlərin sayının çoxluğu deyil. Türkiyəli mütəxəssislərin diqqətini hər iki sürücünün qəzanın səbəbi ilə bağlı eyni halı vurğulamasıdır: “Qəzaya avtobusun qaz pedalının ilişməsi səbəb oldu, əyləc sistemi işləmədi”.
Ekspert isə bu açıqlamanı belə dəyərləndirib: “Görüntüləri incələdim, incələdiyim görüntüdə sürücünün əyləcə basdığı və əyləcin işığının yandığı da görünür. Amma bunlar yeni nəsil avtobuslardır və onlar daha çox elektronik sistemlə təchiz olunub ki, bu da qeyd olunan problemi yarada bilir”.
Başqa bir mütəxəssis də həmkarının fikrini bölüşüb: “Bunlar elektronik maşınlardır və sistemdə bəzən sıxıntı ola bilir. Sanki insan beynindəki bir neyronun yalnış işləməsi kimi…”
Səlahiyyətli servis müdiri və usta da qəzanın avtobusun elektronika sahəsindəki nasazlıqdan qaynaqlandığını düşündüyünü deyib.
Bu hadisənin niyə bizim də diqqətimizi çəkdiyi indi yəqin ki, aydındır. Azərbaycan da bir müddət əvvəl həmin avtobuslardan alıb və artıq xətlərə buraxılıb. Üstəlik, bizim avtobus qarajlarında texniki xidmətin səviyyəsini, sürücülərimizin sürücülük vərdişlərini də nəzərə alsaq, narahatlığa tam əsasımız var… Digər məsələlərə isə, inanırıq ki, aidiyyatlı qurumlar münasibət bildirəcək.
“A24.az” Türkiyədə baş verən avtomobil qəzasının videogörüntüsünü təqdim edir:(a24.az).