Yayına başlayandan bu günə kimi 190 000 dəfə ziyarət olunan www.yenicag.az bu gündən etibarən analitik informasiya agentliyi kimi fəaliyyət göstərəcək
Bir soyuq fevral günü fədakar dostların meydana gətirdiyi “Yeni Çağ” qəzeti 8 yaşına qədəm qoyur. O gündən bəri Azərbaycanımızın bütün görünən və görünməyən düşmənlərindən ölüm təhdidləri almasına baxmayaraq, tutduğumuz haqq yoldan dönmədik… Dönməyəcəyik də… Çünki bizim qırmızı cizgilərimiz var və bu cizgiləri tapdalayan hər kəs qarşısında “Yeni Çağ”ı görəcəkdir…
“Yeni Çağ” internet portalı olaraq, fəaliyyətə başladığı gündən bəri 5000 000-dən çox ziyarət olunub ki, Azərbaycan reallıqlarında bu nəticə heç də kiçik nəticə deyil, əksinə böyük nəticədir…
“Yeni Çağ” fəaliyyətə başladığı gündən bəri diqqət mərkəzində olmağı bacarıb və Azərbaycanda qısqanclıqla üzləşməsinə baxmayaraq, Türk Dünyasında ciddi diqqət görüb. Bu gün Türkiyə, Quzey Kıprıs, İraq və Avropada fəaliyyət göstərən əksər tanınmış saytlar yazılarımızdan istifadə edirlər.
Türkiyə və Avropanın tanınmış qəzet linkləri arasında artıq “Yeni Çağ”ın da adı var ki, bizdən çox-çox öncə fəaliyyətə başlayan qəzetlərin belə əksəriyyəti bu uğura nail ola bilməyib…
“Yeni Çağ” həm də ona görə digərlərindən fərqlənir ki, Azərbaycanımızın hər ağrılı yarasını öz yarası bilir və bu yaranın sağalması üçün əlindən gələni edir… Necə ki, baş yazarımız hər ilin fevral ayında İstanbulda “Xocalı soyqırımını unutma” kampaniyası keçirir və neçə-neçə televiziya proqramlarında, qəzetlərdə və konfrans salonlarında Azərbaycanın haqq səsini hayqırır…
Çoxları bizim tükənəcəyimizi, min bir problemin içində boğulacağımızı sanırdılar. Ancaq bizim iman dolu köksümüz var və bu iman bizdə olduğu müddət ərzində kimsə bizim səsimizi kəsə bilməz…
Yenə də tək dəstəyimiz Uca Allahdır…
Biz səbrlə və əzmlə xalqımızın xidmətindəyik…
“Yeni Çağ”ımızın səkkiz yaşının tamam olması münasibəti ilə dəyərli xalqımızı təbrik edirik…
|