Yeni “iPhone”un görüntüləri yayıldı – FOTO

media-hightechnic-468x90

iphone21341İnternetdə `Apple`-ın yeni qurğusunun görüntülərinin ehtimal edildiyi fotolar yayılıb.

Yeni qurğunun `iPhone 5SE` adlanacağı və bu ilin mart ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Məlumata əsasən `iPhone 5SE` `6s` modelinin kiçildilmiş və hələ 2013-cü ildə `iPhone 5s`-in təkmilləşdirilmiş versiyasıdır. Qurğunun ekranın 4 dyum olacağı gözlənilir.

Bundan əlavə, `iPhone 5SE`-ə 8 megapiksel həcmində əsas kamera, NFC –çip, A8 prosessorunun quraşdırılacağı bildirilir.

`iPhone 5SE`-in martın sonu və ya aprelin əvvəlində satışa çıxarılacağı gözlənilir. Həmin vaxt yeni `Apple Watch`-da ictimaiyyətə təqdim olunacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa