!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni iş qrafiki ilə bağlı BİLMƏDİKLƏRİMİZ – “Şəxsə uyğun tənzimlənməlidir”

!Reklam – Yazi

Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən qrafikə uyğunlaşdırılması nəzərdə tutulur.

Bəs iş qrafiklərinin dəyişməsi, iş saatlarının artıb-azalması insanlara necə təsir göstərəcək?

Yenicag.az-la söhbətində Gülər Məmmədova bildirib ki, iş qrafikinin artıb-azalması hər bir şəxsin işinə uyğun tənzimlənməlidir:

“Ümumiyyətlə, işin fiziologiyasından asılı olaraq, hərkəsin peşəsinə uyğun olaraq həyat tərzi var. İnsanlar müxtəlif peşələrdə işləyir və müxtəlif qrafiklərdə fəaliyyət göstərirlər. İş qrafikinin artması və yaxud azalması icraçıların keyfiyyət və kəmiyyət məsələsindən asılıdır”.

Psixoloqun sözlərinə görə, insan fiziologiyası hər bir halda çox uzun-uzadı iş qrafikinə uyğun deyil:

“Çünki insanları əksəriyyəti yorulur. Həmçinin insanların həyat tərzi, ailəsi, insanın özünün də şəxsi həyatı, sağlam şəxsiyyət kimi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Əgər iş qrafiki artarsa, insan özü-özünə yardımçı ola bilmirsə, insan artıq bütün həyatını, fəaliyyətini işə həsr edirsə, bu, artıq onun sinir sisteminə mənfi təsir edə bilər. Belə olduğu halda, insanlar bir növ azadlıqlarından məhrum olurlar. İş qrafikinin qısaldılması isə müəyyən mənada tənzimlənməlidir. Elə insanlar olur ki, onlar bütün həyatlarını işə həsr edirlər. Belə insanlar üçün iş qrafikinin azalması onlara mənfi təsir göstərə bilər. Çünki həmin insanlar özlərini işdə tapırlar. İş qrafikinin artıb-azalması hər bir şəxsin işinə uyğun tənzimlənməlidir”.

Nəzrin Bünyatova

www.yenicag.az

69
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv