Yeni “koronavirus” ancaq kasıbları öldürür? - ÜST-dən sensasiyalı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə kolera hallarının yayıldığını və ölüm nisbətlərinin artdığını bildirib.
Yenicag.az xəbər verir ki, ÜST tərəfindən yayımlanan hesabatda, hazırda 31 ölkədə epidemiya yaşandığı və “kolera” səbəbindən 4738 nəfərin həyatını itirdiyi qeyd edilib. Hesabatda “Epidemiyaların miqyası və bir-birinə bağlı strukturu nəzərə alınaraq, ölkələr daxilində və arasında daha çox yayılma riski çox yüksəkdir” fikirləri ifadə olunub.
ÜST, epidemiyalardakı artımın ən əhəmiyyətli səbəbləri olaraq münaqişələri, yoxsulluğu və infrastruktur çatışmazlığını sadalayıb. Xüsusilə kənd bölgələrində və sel fəlakətlərindən təsirlənən yerlərdə riskin daha yüksək olduğu vurğulanıb.