Washington Post saytının əməkdaşları smartfonların enerji saxlamaları mövzusunda maraqlı tədqiqat aparıblar. Onların əsas məqsədi yeni smartfon modellərinin əvvəlki versiyalardan fərqli olaraq hansı səbəbə görə daha tez enerji sərf etmələrini öyrənmək olub. Məlum olub ki, bunun əsas səbəbi yeni texnologiyaların smartfonlara inteqrasiya olunmasıdır. Washington Post-un keçirtdyi testdə müxtəlif istehsalçılardan olan 13 smartfon modeli iştirak edib.
Testdə iştirak etmiş hər 13 smartfonda eyni şəraitdə enerjinin bitməsinə kimi internetdən istifadə olunub. Ən yaxşı nəticəni iPhone Xr modeli göstərib. Belə ki, o, 12 saat 25 dəqiqə ərzində batareya enerjisini tamamilə sərf edb. Maraqlısı ondadır ki, əvvəlki iPhone modelləri ilə müqayisədə yalnız iPhone Xr ən yaxşı nəticəni göstərib. iPhone XS əvvəlki modellərdən fərqli olaraq 21 dəqiqə daha az, Pixel 3 isə əvvəlki modellərdən fərqli olaraq 90 dəqiqə az çalışıb. Daha sonra Washington Post əməkdaşları bu suala aydınlıq gətirmək üçün müxtəlif mütəxəssislərə müraciət ediblər.
Nəticədə məlum olub ki, yeni smartfon modellərinin tez zamanda enerji sərfiyyatı böyük ölçülü OLED ekranlara keçid və yeni nəsil şəbəkə texnologiyalarından istifadə səbəbilə baş verir. Belə ki, iPhone Xr modeli məhz özünün IPS ekranı sayəsində daha yaxşı nəticəni göstərib. Mütəxəssislər qeyd ediblər ki, smartfon batareyalarının təkmilləşdirilməsi çox ləng templə gedir. Təqribi olaraq ildə 5% göstərici ilə. Bununla belə smartfonların enerji sərfiyyatı gücü isə getdikcə artır. Yaxın zamanda 5G internet şəbəkəsinin istifadəyə verilməsi ilə smartfonların enerji sərfiyyatı məsələsi daha da bərbad vəziyyətə düşə bilər. Əgər smartfon istehsalçıları həmin vaxta kimi öz məhsullarına yeni batareya texnologiyalarını inteqrasiya etməsələr, bu belə də olacaq.
www.yenicag.az