Yenidən barışıblar
Tanınmış türkiyəli aktrisa Pelin Sönməz ilə iş adamı Çingiz Çolaq barışıb. Bu ilin may ayında Los Ancelesdə evlənən cütlük daha sonra yola gedə bilmədikləri üçün məhkəməyə üz tutub və boşanmaq istədiklərini bildirmişdi. Məhkəmənin cütlük üçün barışmağa görə təyin etdiyi vaxt faydalı olub və onlar barışıblar. Lakin aktrisa ilə həyat yoldaşı barışmaqları və birgə olmalarını nəzərdən qorumaq üçün mərasim və şənliklərə gizli gedirlər. Yeni il gecəsi də onlar “Merit Crystal Cove Otel”də birgə olsalar da, jurnalistlərin foto çəkməsinə imkan verməyiblər.
(lent.az)