Yerdə maqnit təlatümləri ola bilər

media-hightechnic-468x90

van-allen-maqnit-sahesi1Martın 11-də Günəşdə baş verən güclü partlayışlar sabah Yerə çatacaq

Sabah yerdə zəif maqnit təlatümləri ola bilər.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov açıqlamasında deyib ki, martın 11-də Günəşdə güclü partlayışlar baş verib. Onun sözlərinə görə, Günəşin Rentgen şüalarında güclü alışma baş verib və onun gücü qırmızı şkalaya düşüb: “Amma partlayış Günəş diskinin ortasında olmadığından partlayış birbaşa yerə tərəf tuşlanmayıb. Ona görə də demək olar ki, zəif maqnit təlatümləri gözlənilir. Günəşdə güclü partlayış martın 11-də qeydə alınıb və onun təsiri 3 gündən sonra özünü göstərir. Buna əsasən deyə bilərik ki, bu partlayışlar sabah yerə çatacaq və yerdə zəif maqnit təlatümləri yaradacaq”.

apa.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600