Yevlax rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, “Opel” markalı avtomobil Yevlax şəhəri ərazisində yerləşən restoranlardan birinin yaxınlığında idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə, Yevlax şəhər sakinləri – 1997-ci il təvəllüdlü sürücü Samir Fərmayıl oğlu Pənahov və onun 2000-ci il təvəllüdlü sərnişini Dönməz Cəfər oğlu Səfərəliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az