Yevlaxda qəza oldu, sürücü öldü

media-hightechnic-468x90

Yevlaxda ağır yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.

Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov “Toyota Land Crusier” markalı minik avtomibilini aşırıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05