Qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, milli komanda AVRO-2021-in seçmə qrup mərhələsində 3-cü matçında çıxıb.
İlk iki görüşdə İspaniya və Çexiyaya eyni – 0:4 hesabı ilə uduzan komanda özü kimi xalsız olan Moldova ilə qarşılaşıb. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma bu dəfə də uduzub – 1:3.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu 2020-ci il martın 11-də Polşaya qarşı evdə keçirəcək.
AVRO-2021-in seçmə qrup mərhələsi
D qrupu
10 noyabr
18:00. Moldova – Azərbaycan – 3:1
Qollar: Karolina Tabur ,24, Natalya Munteanu , 50 (pen.), 62 (pen.) //Alina Dorofeyeva, 39
Baş hakim: Katalin Sipos
Baş hakimin köməkçiləri: Yudit Kulçar, Anita Vad
Dördüncü hakim: Reka Molnar (hamısı Macarıstan)
Kişinyov. “Zimbru” stadionu
1 İspaniya 2 2 0 0 9-1 6
2 Çexiya 3 2 0 1 12-5 6
3 Moldova 2 1 0 1 3-8 3
4 Azərbaycan 3 0 0 3 1-11 0
5 Polşa 0 0 0 0 0-0 0
www.yenicag.az