TBMM sədri Binəli Yıldırım ABŞ prezidenti Donald Trampın rahib Branson haqqındakı açıqlamalarına cavab verib.
Yenicag.az xəbər verir ki, Binəli Yıldırım Trampın “Branson azadlığa buraxılmasa, Türkiyəyə sanksiya tətbiq edəcəyik” açıqlamasına sərt münasibət bildirib. Bunun bir təhdid olduğunu deyən TBMM sədri ABŞ-ın FETÖ terror təşkilatının liderini mühafizə etdiyini söyləyib:
“ABŞ təhdid dilindən imtina etməlidir, bu bizə təsir etmir. Bizim məsləhətimiz belədir ki, ABŞ bu ucuzvari davranışlarından çəkinsin. Oturub düşünsünlər ki, 15 iyuldan sonra Türkiyənin etibarını təkrar necə qazanacaqlar. Amerika bir hüquq dövlətidirsə, Türkiyə də bir hüquqi dövlətidir. Buna görə də, məhkəmənin qərarına hörmət etməlidirlər”.
Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları ilə əlaqələri olan ABŞ vətəndaşı, rahib Branson Türkiyədə həbs edilib.
www.yenicag.az