“Yüksəliş” müsabiqəsinin 10 aprel-1may tarixlərini əhatə edən videomüsahibə turu başa çatıb. Əyani mərhələyə buraxılan 976 namizəddən 939 iştirakçı bu tura qatılıb.
Yenicag.az-ın məlumatına görə, videomüsahibə mərhələsinin qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-nü seçərək cavablandırıb. Göstərilmiş tələblərə uyğun videoları yükləyən bütün iştirakçılar növbəti mərhələyə dəvət ediləcəklər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
www.yenicag.az