Yumurtanı qaynatdıqdan sonra suyunu süzürük. Çünki həmin suda bir çox vitaminin olduğundan məlumatsızıq.
Yenicag.az həmin suyun faydalarını təqdim edir:
Sümük ağrılarının qarşısını alır
Əslində, yumurtanı qaynatdığımız suda olan kalsium onun özündəki kalsiumdan qat-qat çoxdur. Bu səbəbdən həmin suyu içmək sümük ağrıları olan insanlara faydalıdır.
Bitkilərə faydalıdır
Həmin suyu soyutduqdan sonra, bitkilərin dibinə töksəniz, onların canlandığının şahidi olacaqsınız
Saça qulluq vasitəsi
Saçınızı həmin su ilə yaxalayın. Sudakı protein saçlara canlılıq bəxş edir.
Həmçinin, bu suyun mətbəxdə də sizə böyük köməyi dəyəcək. Bunun üçün yumurtanı ərp bağlamış çaydan və ya qazanda qaynadın. Müsbət nəticəyə heyran qalacaqsınız.
www.yenicag.az