Yunanıstan parlamenti İkinci dünya müharibəsi zamanı ölkələrinə dəymiş ziyana görə Almaniyadan təzminat tələb edəcək.
Yenicag.az xəbər verir ki, bununla bağlı Yunanıstan hökuməti lazımi diplomatik və hüquqi addımların atılacağını qeyd edib.
Yunanıstanın baş naziri Aleksis Çipras bildirib ki, Almaniyadan bu təzminatın istənməsi yunan hökumətinin xalq qarşısında tarixi və mənəvi borcudur.
Onu da əlavə edək ki, Yunanıstan dəymiş ziyanın 278 milyard avro məbləğində olduğunu açıqlayıb.
www.yenicag.az