Yusif Mustafayev: "Sənət aləmində 5-10 nəfər yaşlı adam qalmışıq"

media-hightechnic-468x90

Əməkdar artist Yusif Mustafayev ünvanına yazılan tənqidi şərhlərdən danışıb.

Müğənni “Gün ortası” verilişində mənfi rəylərə görə xəstəlik tapdığını deyib:
“Panik atak məndə insanların sözlərindən yaranıb. Hamı deyir ki, niyə şərhlərə baxırsan. Biri haqqımda xoş söz yazanda 50-si başlayır tənqidə. Mən sizə nə etmişəm? Gərək mən də anasını, atasını, bacısını tanımayan, küçələrdə qalan insan olardım? Onda deyırdiniz, nə yaxşı adamdı? 70 yaşım olacaq. İnsanlar ağ saçları da başıma qaxınc edirlər. Belə doğulub, belə yaşamışam. Xoflu adamam. Nə qədər yaxşı olsan da, nümunəvi addımlar atsan insanlar səni o qədər vururlar. Biz də sənət aləmində 5, 10 nəfər yaşlı adam qalmışıq. Elə bil yerinizi dar edirik”. (Axşam.az)
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600