“Yuventus”la “Mançester Siti” 1/4 finalda

media-hightechnic-468x90

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu baş tutub.

Yenicag.az xəbər verir ki, hər iki oyun İngiltərədə keçirilib.

“Tottenhem” evdə “Yuventus”la qarşılaşıb. Turində keçirilən oyunda bu komandalar 2:2 hesablı heç-heçəyə razılaşmışdılar. Cavab görüşündə isə İtaliya klubu əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb.

“Mançester Siti” isə İsveçrənin “Bazel” klubu ilə formal xarakter daşıyan cavab görüşünə çıxıb. İngiltərə klubu doğma meydanda bu rəqibinə uduzsa da, 1/4 finala vəsiqəni təmin edib.

Xatırladaq ki, daha öncə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klubu da ÇL-in 1/4 finalına vəsiqə qazanmışdı.

UEFA Çempionlar Liqası
1/8 final (cavab oyunları)
7 mart

“Tottenhem” – “Yuventus” 1:2 (ilk oyun 2:2)
Qollar: Son, 39 – İquayn, 64. Dibala, 67.

“Mançester Siti” – “Bazel” 1:2 (ilk oyun 4:0)
Qol: Q.Xesus, 8 – M.Elyunussi, 17. Lanq, 71.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600