Zamiq Atakişiyev ukraynalı boksçu ilə döyüşəcək

media-hightechnic-468x90

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq boks gecəsində qüvvəsini sınayacaq. 31 yaşlı boksçumuz dekabrın 15-də keçiriləcək “Extra Round5” çərçivəsində ukraynalı German Skobenko ilə qarşılaşacaq. Superağır çəkidə baş tutacaq döyüş 6 raund davam edəcək.

Xatırladaq ki, Atakişiyev peşəkar rinqdə keçirdiyi 4 döyüşün hamısında qələbə qazanıb. Bunların ikisində təmsilçimiz nokautla qalib gəlib. Onun rəqibinin hesabında isə biri nokautla olmaqla 4 qələbə və bir məğlubiyyət var.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05