!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada ana ölümü ilə bağlı CİNAYƏT İŞİ

!Reklam – Yazi

Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Yenicag.az xəbər verir ki, sentyabrın 5-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızının doğuş zamanı ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Tibb işçisinin (yaxud işçilərinin) günahları sübuta yetiriləcəyi təqdirdə, onları iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 5-də Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saatlarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var./Report/

COP29

www.yenicag.az

1544
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv