Zelenski: "Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir"

media-hightechnic-468x90

Rusiya ABŞ və İsrailə qarşı istifadə olunması üçün İrana “Şahed” pilotsuz uçuş aparatları (PUA) verir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində bildirib.

Ukrayna Prezidenti Rusiyanın ABŞ hərbi qüvvələrinin və obyektlərinin yerləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü də söyləyib: “Hesab edirlər ki, Avropa və ABŞ bu müharibədə Ukraynaya kəşfiyyat məlumatları ilə kömək edə bilirsə, deməli, Rusiya da İran rejiminə kömək edə bilər”.

Vladimir Zelenski deyib ki, İranın ABŞ bazalarına hücumlarda Rusiya istehsalı olan “Şahed” PUA-larından istifadə etməsi 100 faiz həqiqətdir: “Həmin PUA-lar İran lisenziyaları əsasında Rusiyada istehsal edilib, daha sonra Tehrana ötürülüb. Mənim əlimdə faktlar var ki, İran rejimi həmin dronlardan ABŞ bazalarına və Yaxın Şərqdə İranın qonşularına qarşı istifadə edib. Ukrayna ilə bölüşülən kəşfiyyat məlumatları İran dronlarında bəzi detalların Rusiya istehsalı olduğunu təsdiqləyir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05