Zəlzələ 8 milyon insanın həyatına təsir edib

media-hightechnic-468x90

img1801237Nepalda baş verən zəlzələ 8 milyon insanın həyatına təsir edib.

Yenicag.az medianews.az-a istinadən xəbər verir ki, Nepalı sarsıldan 7.9 bal gücündəki zəlzələdən sonra 1.4 milyon insan tibbi yardıma ehtiyacı olduğunu bildirib. Zəlzələdə ölənlərin sayı 4438-ə yüksəlib, 8 mindən çox adam isə yaralanıb. Zəlzələ nəticəsində 2 mindən çox ev yerlə yeksan olub.

Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Laxmi Dakal bəzi kəndlərin xəritədən silindiyini açıqlayıb. Zəlzələ nəticəsində Hindistanda 72, Tibet dağlarında isə 25 nəfər həyatını itirdib. Zəlzələdən sonra Everestdə meydana gələn qar uçqununda isə ölənlərin sayı 18-ə çatıb.

Zəlzələdən zərər çəkən milyonlarla insan 3 gündür ki, gecəni küçələrdə keçirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600