Zərdab rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Daewoo Nexia” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Daewoo Nexia”nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az