Zərdabda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb
Zərdab rayonunda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb.
Yenicag.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, ölüm faktı fevralın 22-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qeydə alınıb.
Zərdab rayon sakini olan Tahir Qasımovun iddiasına görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Səhhəti ağırlaşdıqdan sonra uşağı Bakıdakı Pediatriya İnstitutuna çatdırdıq, artıq gec idi. Körpə orada həyatını itirdi”.













