Yenicag.az xəbər verir ki, kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununla yanaşı, Bank kredit rəsmiləşdirilməsi üzrə komissiya haqqına 70% güzəşt təqdim edir.
Beləliklə, Bankın istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, komissiya isə 0.3%-dən başlayır. Müştərilər kampaniya çərçivəsində kreditə həm “Ziraat Bank Azərbaycan”ın İnternet Bankçılığı vasitəsilə onlayn qaydada, həm də filialarına yaxınlaşaraq müraciət edə bilərlər.
Bahar kampaniyası 1 may tarixinədək qüvvədə olacaq.
“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.












