“Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb

media-hightechnic-468x90

“Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

Yenicag.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Bu, Misli Premyer Liqasının III turunda qeydə alınıb. Qəsəbə klubu 2015/2016 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.

Qeyd edək ki, Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda “Rəvan”ı 2015/2016, “Qəbələ”ni 2023/2024, “Kəpəz”i 2024/2025 mövsümündə 4:0 hesabı ilə məğlub edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa