!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Zirə" "Omoniya"ya böyük hesabla uduzdu - YENİLƏNDİ

!Reklam – Yazi

Matç “Omoniya”nın 6:0 hesablı qələbəsi ilə başa çatdı. Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

 

Semedo 70-ci dəqiqədə dubl edir – 6:0.

***

Evandro 60-cı dəqiqədə 5-ci qolu “Zirə”nin qapısından keçirir – 5:0.

***

Stepinski 54-cü dəqiqədə dubl edir – 4:0.

***

45+1-ci dəqiqədə Kipr təmsilçisi 3-cü qolu vurur. Mariuş Stepinski adını tabloya yazdırır.

***

Meydan sahibləri 34-cü dəqiqədə 2-ci qolu vurur. Semedo penaltidən fərqlənir – 2:0.

***

13-cü dəqiqədə “Omoniya” Amin Xammasın vurduğu qolla hesabı açır – 1:0.

***

Matç başladı.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Omoniya” (Kipr) və “Zirə”nin start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Omoniya”: Fabiano, Alfa Diunku, Senu Kulibali, Nikolas Panaqitu, Amin Xammas, Noviks Erakoviç, Mateo Mariç, Evandro, Veliko Simiç, Mariuş Stepinski, Villi Semedo.

“Zirə”: Tiaqo Silva, Hacıağa Hacıyev, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyerr Zebli, Eldar Quliyev, Rafael Utsiq, Məqsəd İsayev, Davit Volkov

Qeyd edək ki, bu gün GSP stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

COP29

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv