Zirehli maşın aşdı: yaralılar var

Türkiyənin Şırnak bölgəsində xüsusi təyinatlı polisləri daşıyan zirehli maşın aşıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb. “Kirpi” tipli zirehli maşının qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma davam edir.