Ziya Məmmədovun bacısı buna görə işdən azad olunub - Video

media-hightechnic-468x90

Keçmiş nazir Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılmasına səbəb onun 120 manata məktəbli formaları satması olub.

Yenicag.az xəbər verir ki, bu haqda dərs ilinin ilk günündə Lider TV reportaj yayımlayıb. Reportajda bildirilir ki, Bakı Tikiş Evinin 40 manata satdığı formaları M. Məmmədova məcburi olaraq valideynlərə 120 manata satıb.

Keçmiş nazirin bacısı isə telekanal əməkdaşının bu haqda sualına cavab verməyib.

Reportaj yayımlandıqdan sonra lisey direktoru haqda araşdırma başlayıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600