!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zövq uşaqlıqdan formalaşır, verilişlərdən yox… – Sosioloq Rüfət İsmayılzadədən maraqlı açıqlama

!Reklam – Yazi

Zövqlər müxtəlifdir, bu, aydın məsələdir. Bəs onu formalaşdıran nədir? Bəziləri bugünkü bayağı mahnıların, qarğış-təhqir dolu verilişlərin zövqlərə çox böyük təsir göstərdiyini iddia edir.
Suallarımıza cavab verən sosioloq Rüfət İsmayılzadənin fikrincə isə, zövqün formalaşmasının televiziya verilişləri ilə heç bir əlaqəsi yoxdur.

“Hər kəsin zövqü onun uşaqlığından gəlir. Hətta deyərdim ki, ana bətnindən… Əgər hamilə qadın gözəl paltarlar geyinirsə, hər gün təmiz havada gəzib, gözəl yerlər görürsə, maraqlı kitab oxuyursa, həzin, klassik musiqiyə qulaq asırsa, inanın, onun dünyaya gətirdiyi körpə də eynilə bu cür zövqlü olacaq. Zövq insanın körpəlikdən gördüyü, alışdığı mühitdən formalaşır. Bəzən deyirlər ki, bugünkü bayağı mahnılar, etikadan kənar verilişlər tamaşaçının zövqünü korlayır.

Belə bir fikir var ki, əhali zövqsüz, təhlükəli, mənəvi dəyərləri aşındıran verilişlərə daha çox baxır. Və belə verilişlər olduqca səviyyəsiz şou-biznes mühitinin yaranmasına, toy şənliklərimizə yol açmasına, yaranan yeni mahnıların, müxtəlif musiqi janrlarının səviyyəsinin çox aşağı düşməsinə, bütünlükdə əhalinin zövqünün korlanmasına xidmət edir.

Düzdür, sosial psixologiya elminin bir çox tələblərini nəzərə alaraq, bu gün ciddi verilişlərə böyük ehtiyac olduğunu mən də danmıram. Amma verilişlərin zövq formalaşdırması fikri ilə razı deyiləm.
Düşünürəm ki, xalqı kütlə ilə eyniləşdirmək olmaz. Azərbaycan xalqının zövqü hər kəsə bəllidir. Bu da onun muğamlarından, laylalarından, öyüd-nəsihətlərindən, ilmələrindən, naxışlarından gəlir.

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv