Zukerberqdən tarixi açıqlama: Süni intellekt özünü təkmilləşdirməyə başladı
“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq şirkətinin süni zəka sistemlərinin artıq özlərini inkişaf etdirməyə başladığını açıqlayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Zukerberq prosesin yavaş getdiyini, lakin baş verdiyini qeyd edib.
Zukerberq super zəkanın – yəni insandan daha ağıllı ümumi süni zəka formalarının – üfüqdə göründüyünü deyib və bu inkişafın ciddi risklər doğura biləcəyini vurğulayıb.
“Meta” rəhbəri, super zəkanın açıq şəkildə paylaşılmasının vacibliyini bildirərək bu texnologiyanın təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi lazım olduğunu söyləyib.
Zukerberq şirkətinin fərdi gücləndirməyə yönəldiyini və süni zəkanın insan yaradıcılığı ilə bağlantısını artırmağı hədəflədiyini qeyd edib.