“10-15 min erməni əsgəri Qarabağda nə iş görürdü?!” – Paşinyan müxalifəti DALANA DİRƏDİ

media-hightechnic-468x90

“Əslində, Paşinyan bundan əvvəl də, uzun müddətdir ki, Ermənistanın əvvəlki hakimiyyət rəhbərlərini, yəni Serj Sarkisyanı, Robert Koçaryanı və Ter-Petrosyanı tənqid edən bəyanatlar verməkdədir və bu, təbii bir haldır. Çünki hər üçü Paşinyan hakimiyyətinə qarşı müxalif mövqedə dayanırlar və zaman-zaman Paşinyanı tənqid etdikləri kimi, Paşinyan da adekvat olaraq öz mövqeyini ortaya qoyur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş Prezidentləri tənqid etməsi və Qarabağ münaqişəsində onları günahkar görməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Analitikin sözlərinə görə, xüsusilə qarşıda seçkilərin olduğunu nəzərə alsaq və adıçəkilən şəxslərin tərəfdarlarının seçkilərdə iştirakını göz önünə alsaq, belə bəyanatların Paşinyan tərəfindən davamlı olacağını demək olar:

“Bundan sonra daha kəskin bəyanatlara da şahidlik edəcəyik. Paşinyanın bu üç şəxs haqqında dedikləri, əslində, kifayət qədər haqlı məqamlara toxunur. O, müharibənin başlanması və davam etməsi, çox sayda insanın ölümü, ərazilərin uzun müddət işğalda qalması səbəbilə Ermənistanın faktiki olaraq blokadada olması kimi vəziyyətlərin həmin hakimiyyət rəhbərlərinin fəaliyyəti nəticəsində mümkün olduğunu vurğulayır. Paşinyan haqlı olaraq soruşur ki, “10-15 min əsgər Ermənistan hüdudlarından kənarda, Qarabağda nə iş görürdü?”

Həmsöhbətimizin fikrincə, bu suallar və tənqidlər üçlüyün Azərbaycana münasibətindən və bizim onlara münasibətimizdən ayrı qiymətləndirilməlidir:

“Çünki onların hakimiyyəti dövründə baş verən hadisələr, faktlar danılmazdır. Həmin dövrdə Ermənistan faktiki olaraq blokadada qalmış, real müstəqil dövlət ola bilməmiş və xüsusilə Rusiyadan asılı vəziyyətdə olmuşdur. Nəticədə ölkənin regional və qlobal layihələrdə iştirak imkanları məhdudlaşmış, müstəqil xarici siyasət və iqtisadiyyat qurmaq imkanları əngəllənmişdir. Beləcə, son 30-35 illik dövr Ermənistanı gerilətmişdir və Paşinyanın indi mövqeyini ortaya qoyması tamamilə haqlıdır”.

“Üstəlik, Ermənistanın ictimai rəyində də keçmiş liderlərə qarşı tendensiya mövcuddur. Onların hakimiyyət dövründə korrupsiya davam etmiş, ölkədə özbaşınalıq hökm sürmüş və əhalinin müəyyən bir qismi ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Bu baxımdan Paşinyanın dedikləri haqlı və seçki kampaniyası dövründə daha ağır ittihamlara şahidlik edəcəyimiz gözləniləndir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa