10 min şagird müayinədən keçirilib

Bu məqsədlə şəhərdəki 1 nömrəli uşaq poliklinikasında müayinə günləri müəyyənləşdirilib. İşin səmərəli təşkili nəticəsində təkcə noyabr ayında poliklinikada 10 mindən artıq şagird həkim müayinəsindən keçirilib.
Növbəti müayinə aksiyası şəhərdəki 17 nömrəli orta məktəbin şagirdləri üçün təşkil edilib. 14-17 yaş arası olan 264 nəfər yeniyetmədən qan analizləri götürüldükdən sonra onlar fərdi şəkildə terapevt, oftalmoloq, nevropatoloq və digər ixtisaslı həkimlərin müayinəsindən keçirilib. Bir neçə şagirddə yüngül xəstəlik aşkar edilib. Onlar dövlət vəsaiti hesabına müalicəyə cəlb olunublar.