10 minlərlə soydaşımız Berlində ayağa qalxdı-Foto

media-hightechnic-468x90

946fa50f4c6c607e33ecd871228fee29Almaniyanın paytaxtı Berlində “erməni soyqırımı” iddialarına qarşı izdihamlı yürüş-mitinq keçirilib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, 10 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası Berlinin mərkəzi meydanı olan Uraniyaddan başlayıb və Brandenburq qapıları yanında başa çatıb.

Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqlarını, erməni terrorçuların qətlə yetirdiyi türk diplomatlarının fotolarını, “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənlik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” kimi şüarları əks etdirən plakatları tutublar.

Aksiya iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair şüarlar da səsləndiriblər, əsl soyqırımı aktının ermənilərə qarşı deyil, məhz türklərə qarşı həyata keçirildiyini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərən türk federasiyalarının təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına bu ölkədəki Azərbaycan diasporu da dəstək verib.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600