Ağstafada məktəblini qatar vurub.
Yenicag.az ONA-ya istinadən xəbər verir ki, Böyük Kəsik stansiyası yaxınlığında 10 yaşlı Əhmədov Elbrus İlham oğlu məktəbdən evə qayıdarkən dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarla vurulub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Əhmədov Böyük Kəsik kənd tam orta məktəbinin 4-cü sinif şagirdidir.
www.yenicag.az