Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları davam edir. Yeniçağ.Az xəbər verir ki, yeddinci yarış günündən sonra medal sıralamasında Türkiyə birincidir.
Qardaş ölkənin aktivində 60 qızıl medal var. “Ay-ulduzlu” idmançılardan 52-i gümüş, 43-ü isə bürünc medal qazanıblar.
Azərbaycan isə Türkiyədən yalnız bir qızıl medala görə geri qalır. Ölkəmiz 59 qızıl medalla ikinci pillədədir. Aktivimizdə 33 gümüş, 24 bürünc medal var.
Bəs Azərbaycanın aktivində olan 59 qızıl, 33 gümüş və 24 bürünc medalların mükafat dəyəri nə qədərdir?
Bu suala cavab tapmaq üçün kiçik bir hesablamaya ehtiyac duyduq. Maraq üçün bildirək ki, qazanılan bir qızıl medala görə idmançının özünə 150, 000, məşqçisinə isə 75, 000 manat mükafat verilir. Bu isə bir “qızıl”ın 225,000 manata başa gəlməsi deməkdir. Deməli, mükafat fondundan 59 qızıl medala görə 13, 275 000 manat ayrılacaq.
Bir gümüş medalın isə mükafat dəyəri 120, 000 manatdır. Bu isə 33 “gümüş”ə görə 3, 960 000 manat mükafatın nəzərdə tutulduğu deməkdir.
Bürünc medala görə də idmançı və məşqçisinə birlikdə 75, 000 manat verilir. Yəni idmançılarımızın qazandığı 24 “bürünc”ə görə də mükafat fondundan 1, 800 000 manat çıxacaq.
Maraq üçün bildirək ki, qızıl medallardan 19-nu milliləşdirilmiş legionerlər qazanıb. Onların siyahısı aşağıdakı kimidir:
Erdenebat Bazarraqça (cüdo, 48 kq)
Marina Durunda (bədii gimnastika, halqa),
Marina Durunda (bədii gimnastika, lent)
Maksim Şemberov (üzgüçülük, sərbəst üsulla 1500 metr)
Maksim Şemberev (üzgüçülük, kompleks üsulla 400 m)
Maksim Şemberev (üzgüçülük, 200 m batterflyay)
Maksim Şemberev (üzgüçülük, 800 m sərbəst üsulla)
İrina Zaretska (karate, 68 kq)
Bense Talas (idman gimnastikası, dəstəli at)
Bense Talas (idman gimnastikası, dəstəli turnik)
Anastasiya İbrahimli (ağır atletika, 69 kq)
Yuliya İnşina (idman gimnastikası, sərbəst hərəkətlər)
Anna Skidan (atletika, diskatma)
Yelena Çebanu (paraatletika, 100 m)
Yaprak Eriş (taekvondo, 57 kq)
Patimat Abakarova (taekvondo, 49 kq)
Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)
Radik İsayev (taekvondo, +87 kq)
Məhəmmədrəsul Məcidov (boks, +91 kq)
Gümüş medal qazanan milliləşdirilmiş legionerlər:
İrina Kindzerska (cüdo, +78 kq)
Marina Durunda (bədii gimnastika, gürzlər)
Marina Nekrasova (idman gimnastikası, dayaqla tullanma)
Marina Nekrasova (idman gimnastikası, gimnastika atı)
Yekaterina Tişkova (idman gimnastikası, müxtəlif hündürlüklü qollar)
Bense Talas (idman gimnastikası, halqalar)
Qaşım Maqomedov (taekvondo, 54 kq)
Aleksis Kopello (atletika, üçtəkanla tullanma)
“Bürünc” qazanan milliləşdirilmiş legionerlərimiz:
Marina Durunda (bədii gimnastika, top)
Yuliya İnşina (idman gimnastikası, gimnastika atı)
Timur Bayramov (idman gimnastikası, paralel qollar)
Yekaterina Sarıyeva (atletika, üçtəkanla tullanma)
Dmitri Sorokin (suyatullanma, 3 m tramplin)
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq)
Qeyd edək ki, bunlardan başqa qadınlardan ibarət voleybol yığması, bədii gimnastika yığması, idman gimnastikası üzrə qadınlardan ibarət yığma, qadınlardan ibarət həndbol yığması və cüdo üzrə kişilərdən ibarət yığma komandalarımızın da heyətlərindən milliləşdirilmiş idmançılar var.
Qazanılan 116 medala görə isə ümumilikdə, idmançılarımıza 19 milyon 35 min manat mükafat veriləcək.
Yarışın davam etdiyini nəzərə alsaq, medalların sayının və mükafat məbləğinin artacağı istisna deyil.
EMİN SƏFƏROV
Yeniçağ.az
www.yenicag.az