!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 saylı Xəzər birinci seçki dairəsindən namizəd Soltan Məmmədov seçkilərinə dair hesabat yaydı

!Reklam – Yazi

12 saylı Xəzər birinci seçki dairəsindən VII çağırış Milli Məclis üzvlüyünə namizəd Soltan Məmmədovun təbliğat prosesinə dair

 

1 https://www.facebook.com/S.T.Mammadov/posts/1657385948447752:1657385948447752

https://www.instagram.com/p/C-b_2z5Nmjz/?igsh=MXNnYWJ1dXdtdTlsdQ%3D%3D

 

  1. Azərbaycanın elə bir yaşayış məntəqəsi yoxdur ki, orada Vətənimiz və torpaq bütünlüyümüz uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın uyuduğu Şəhidlər Xiyabanı olmasın. Şəhidlər Xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Yaşından, cinsindən, milliyyətindən, dinindən asılı olmayaraq. Necə ki, Vətən qarşısında hamımız bərabərik, eləcə də bu ali məqamda – şəhidlər hamımız üçün doğma və müqəddəsdir.

Bu gün Mərdəkan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət etdik. Bizlər üçün, bizim firavan gələcəyimiz naminə özlərini qurban etmiş Vətən övladlarını yad etdik, ruhlarına dualar oxuduq. Hər bir dövlətin, xalqın gücü, qüdrəti onun vətəndaşları, övladları, xüsusilə də gənc nəslindədir. Bizim şəhidlərimiz bütövlüyümüzü, həmrəyliyimizi və tariximizə sayğımızı, yurdumuza sevgimizi bütün dünyaya nümayiş etdiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı qorusun!

https://www.facebook.com/S.T.Mammadov/posts/pfbid021CmLRc4aWznAGAF2uFGt9qs8n5b3SV6K9oSJDzaVj4Pq4xrAnbLRoEwUAbD31MzAl

 

https://www.instagram.com/p/C-kVJvUNd26/?igsh=ZTR3MjV0N3o2aTNo

 

  1. 12 saylı Xəzər birinci seçki dairəsində təbliğat prosesimizə Mərdəkan qəsəbəsindəki Mədəniyyət sarayında seçicilərlə görüşümüzlə start verdik. Mərdəkan mənim üçün doğma yerdir. Həm VI çağırış Milli Məclisdə təmsil olunduğum illərdə, həm də bütövlükdə peşəkar fəaliyyətimlə bağlı qəsəbə sakinləri ilə mütəmadi ünsiyyətdə olmuş, hər hansı çətinlik, yaxud problem varsa, çözümünə kömək etməyə çalışmışam. Bu baxımdan, bu görüşümüz təbliğat-təşviqat prosesi çərçivəsində ilk olsa da, Mərdəkan sakinləri ilə ilk tanışlığım deyil.

Vətənimizin hər bir guşəsində olduğu kimi, Mərdəkanda da dövlətimiz tərəfindən quruculuq, abadlıq işləri gerçəkləşdirilir, müxtəlif səpkili layihələr həyata vəsiqə qazanır. Ötən fəaliyyətim ərzində qəsəbədə bir sıra uğurlu infrastruktur, səhiyyə və təhsil xarakterli layihələrin icrası prosesində iştirak etmişəm və bununla qürur duyuram. Düşünürəm ki, dövlətimizin dəstəyi ilə bu yönümdə fəaliyyətimiz qarşıdakı illərdə də davam edəcək. Bugünkü görüşümüzdə bütün bu məqamlara toxunmaqla yanaşı, sakinlərimizi seçki platformamla, mənə etimad göstəriləcəyi tədqirdə reallaşdırmaq istədiyim addımlarımla tanış etməyə çalışdım. Fikir mübadiləmizdən, sakinlərin göstərdikləri maraq və diqqətdən, verilən suallardan bir daha əmin oldum ki, gerçəkliyə çevrilmiş işlər kimi, qarşımızda duran vəzifələr də seçici tərəfindən yüksək qiymətləndirilir. Bu dəyər komanda üzvlərimizin hər biri üçün qarşıdakı günlərdə daha əzmlə çalışmaq naminə güclü stimul və dəstəkdir. Zəfər dolu keçmişimiz, ümid dolu gələcəyimiz üçün!

https://www.facebook.com/S.T.Mammadov/posts/pfbid032J76yvuhYJiN6DhT5AW5YuRRBCYHuG9821gaBTPSDiewxgD5GbdAujztupE9VfQ2l

 

https://www.instagram.com/p/C-khOxetvgl/?igsh=MXJpMzJjeWZ3eWs3ag%3D%3D

 

  1. Dünən seçicilərlə görüşüm zamanı xoş sürprizlə rastlaşdıq. VI çağırış Milli Məclisdə təmsil etdiyim 14 saylı Xəzər seçki dairəsindən tanış olduğumuz və mütəmadi ünsiyyət saxladığım qazilərimiz və Vətən müharibəsi iştirakçıları öz dəstəklərini ifadə etmək üçün tədbirə gəlmişdilər. Biz qazilərimizin Vətən və torpaq bütünlüyümüz uğrunda etdiklərinin qarşılığını heç vaxt verə bilmərik. Bu gün xalqımızım firavan gələcəyi naminə canlarından hər zaman keçməyə hazır olan vətən övladlarının nümayiş etdirdikləri bu diqqət və vəfa onlarla bir daha qürur duymağımızın növbəti səbəbidir.

Allah Ordumuzu qorusun!

https://www.facebook.com/S.T.Mammadov/posts/pfbid02CJn2pjjZ7W6yrVq7j33ugKQ7W7R45E3y8DL3TG7hiYjahXsaiac8JhTZyxZHAbExl

 

https://www.instagram.com/p/C-mT-FNt3DD/?igsh=cm15djlpZjFoMGFq

 

  1. Seçki prosesinin ən önəmli anı seçici diqqətidir. Görüşlərimizə qatılan hər bir seçiciyə hədsiz təşəkkür edirəm. Var olun!

https://www.facebook.com/watch/?v=830795035823876

 

https://www.instagram.com/reel/C-mlDbKO7-J/?igsh=dmdnNW5jcDYwMzYz

 

  1. Bu gün Mərdəkan qəsəbəsində Aprel döyüşləri şəhidimiz Kamran Şirəliyevin evində oldum, valideynləri Faiq müəllim və Elvira xanımla görüşdüm. Aprel döyüşlərinin xalqımızın müasir tarixində xüsusi yeri və rolu var. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsindəki şanlı zəfərimizin başlanğıc nöqtəsi Aprel döyüşləridir. 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə şəhid və qazi olmuş övladlarımız Zəfər gününə doğru tarixi yolun əsasını qoymağa müvəffəq, öz əməlləri, şücaət və qəhrəmanlıqları ilə 2020-ci ildə müqəddəs savaşa qatılmış vətən oğullarına nümunə oldular. Belə övladlarımızdan biri – Kamran Şirəliyev Lələtəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilib. Xalqımız şəhidlərinin xatirəsini heç zaman unutmayacaq…

https://www.facebook.com/S.T.Mammadov/posts/pfbid0bjF4SBRQNewre8JT7chQ9S6gvUWp7UW12bMKWEXxCCprEVP6NoYdmefHw9adASnCl

 

https://www.instagram.com/p/C-nMzeGtBdL/?igsh=a3JjaGtndzl4dmdy

 

COP29

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv