128 nömrəli məktəbdə yanğın olub?

media-hightechnic-468x90

Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

“Report” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda 128 nömrəli tam orta məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.

Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.

Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa