!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“14 nömrə”dən 14 məqamlı vida

!Reklam – Yazi

2018-ci il dünya çempionatının seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan – Çexiya oyunu yığmamızın futbolçusu Rəşad Sadıqov üçün vida matçı kimi əlamətdar olacaq.

Yenicag.az xəbər verir ki, 35 yaşlı müdafiəçi kapitanı olduğu milli komandada son görüşünü keçirəcək.

Saytımız müstəqillik illərində Azərbaycanın yetişdirdiyi ən yaxşı futbolçu sayılan “14 nömrə”nin başa çatmaqda olan milli karyerasını vərəqləyib, maraqlı məqamları və statistikaları üzə çıxarıb.

Təşəkkürlər, İqor Anatolyeviç

“Neftçi”nin əfsanələrindən olan İqor Ponomaryova ölkəmizdə münasibət birmənalı deyil. Onu sevənlər də, bəyənməyənlər də var. Lakin Sadıqovun yığma karyerası məhz onun adı ilə bağlıdı. DÇ-2002-nin seçmə mərhələsinin sonuncu – yığmamız üçün formal xarakter daşıyan İsveçlə səfər oyununda İqor Anatolyeviç iki gəncə debüt şansı verdi. 2001-ci il oktyabrın 7-də Stokholmdakı matçda start heyətində çıxan 19 yaşlı müdafiəçi millinin tarixinə sayca 94-cü futbolçu kimi düşdü. Həmin qarşılaşmada Rəşadla yanaşı, Ramal Hüseynov da millidə debüt etdi. Əksər məşqçilər gənclərə əsasən yoxlama oyunlarında debüt şansı verirsə, Ponomaryov seçmə matçında birdən-birə iki oyunçuya belə imkan yaratdı. Sadıqov isə sonrakı karyerası ilə bu etimadı demək olar ki, artıqlaması ilə doğrultdu. Maraqlıdı ki, İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç də məhz həmin qarşılaşmada ilk dəfə yığma forması geyinib.

1-cinin üç “1”i

Azərbaycan millisinin tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rəşad indiyədək 110 dəfə yığma forması geyinib. Çexiya ilə oktyabrın 5-dəki matç onun üçün 111-ci olacaq. Bununla, milli tarixinin 1-cisi üç dənə “1”i yan-yana qoymuş olacaq. 111-ci qarşılaşma öncəsi onun hesabında 110 matçda 9108 dəqiqə var. Bu qarşılaşmalardan 103-də start heyətində yer alan müdafiəçi 7 dəfə meydana sonradan daxil olub. 5 qol vurub, 4 avtoqola üzülən müdafiəçi 14 sarı və 1 qırmızı vərəqə alıb.

16 il

2001-ci ilin payızında başlayan Sadıqovun milli karyerası 16 il sonra yenə oktyabrda son akkordunu yaşayacaq. İsveçlə görüş oktyabrın 7-də baş tutubsa, son matç 16 illikdən 2 gün öncə – ayın 5-də baş tutacaq. Sadıqovun yığma karyerası 5843 gün sürüb.

il

oyun

dəqiqə

qol (avtoqol)

start heyətində

sarı vərəqə

qırmızı vərəqə

Kapitan

2001

1

90

0

1

1

0

0

2002

11

690

0

7

5

0

0

2003

6

507

0

6

2

0

0

2004

10

900

2

10

1

0

2

2005

8

720

0

8

1

0

4

2006

3

270

1

3

0

0

3

2007

2

180

0

2

0

0

2

2008

10

900

0

10

1

0

10

2009

5

411

0

5

0

1

5

2010

9

750

1 (2)

9

0

0

9

2011

9

810

0

9

0

0

9

2012

6

495

0

6

0

0

6

2013

8

598

0

6

1

0

6

2014

6

482

(1)

5

1

0

5

2015

7

585

0

7

1

0

7

2016

4

315

0

4

0

0

4

2017

5

405

1 (1)

5

0

0

5

110

9108

5 (4)

103

14

1

77

“Neftçi” ilə başladı, “Qarabağ”la bitirdi

“14 nömrə” indi “Qarabağ”ın simvoluna çevrilsə də, yığma səviyyəsinə “Neftçi”nin üzvü kimi yüksəlib. Uzun müddət ölkənin bir nömrəli komandasında Bakı klubunu təmsil edən Sadıqov 37 matçda “ağ-qaralar”ın oyunçusu kimi millinin formasını daşıyıb. Yalnız 2009-cu ildə Ağdam klubuna keçən müdafiəçi əyalət təmsilçisinin üzvü kimi 52 milli matçda meydanda olub. 53-cü belə qarşılaşma isə Bakı Olimpiya Stadionunda keçiriləcək. O, həmçinin 4 xarici klubun heyətindən yığmaya çağırılıb. 8 dəfə “Fulad” (İran), 6 dəfə “Kayserispor”, 4 dəfə “Kocaelispor”, 3 dəfə “Əskişəhərspor”u (hamısı Türkiyə) millidə təmsil edən müdafiəçi ümumilikdə 6 klubda oynadığı vaxt yığmaya lazım olub.

7+7=14

2004-cü il oktyabrın 9-da, 13 il öncə Rəşadın karyerasında daha bir önəmli hadisə baş verib. 22 yaşlı müdafiəçi Şimali İrlandiya ilə DÇ-2006-nın Bakıda keçirilən seçmə oyununda ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb. Düzdü, Tərlan Əhmədovdan sonra yığmanın əsas kapitanı Qurban Qurbanov idi. Lakin onun olmadığı görüşlərdə gənc müdafiəçi kapitanlıq edirdi. Qurbanovun karyerasını bitirməsindən sonra – 2005-ci ildən isə Rəşad yığmanın əsas kapitanına çevrilib. İndiyədək 77 görüşdə komandanı sarğı ilə meydana çıxaran “14 nömrə” bu göstəricidə yığmamızın rekordçusudu.

60-cı

Çexiya ilə qarşılaşma Rəşad üçün daha bir yubileylə əlamətdar olacaq. Müdafiəçimiz seçmə mərhələlərdə 60-cı görüşünü keçirəcək. Bu göstəricidə də mütləq rekordçu olan kapitan indiyədək 59 matçda 3 qol vurub, 3 avtoqola üzülüb, 8 sarı vərəqə alıb. O, 47 dəfə seçmə matçlarda kapitan olub.

turnir

il

oyun

dəqiqə

qol (avtoqol)

start heyətində

sarı vərəqə

qırmızı vərəqə

Kapitan

2002

1

90

0

1

1

0

0

2004

7

564

0

6

2

0

0

2006

9

810

1

9

1

0

5

2008

2

180

0

2

0

0

2

2010

6

540

0

6

1

0

6

2012

10

900

1 (1)

10

0

0

10

2014

8

720

0

8

1

0

8

2016

10

900

(1)

10

2

0

10

2018

6

540

1 (1)

6

0

0

6

Cəmi

59

5244

3 (3)

58

8

0

47

30

2700

2 (1)

30

4

0

25

29

2544

1 (2)

28

4

0

                  22

Ölkə xaricindən zəng

Rəşad Sadıqovun sabah məhz 111-ci matçını keçirməsində apasport.az saytının da müəyyən rolu var. Çünki bu rəqəm səhvən 100 də ola bilərdi, 130 da. Söhbət bir neçə il əvvəl yaranan qarışıqlıqdan gedir. Bir sıra xarici saytlar Rəşad Sadıqovla Rəşad Sadiqovun göstəricilərini qarışdırmış, statistikada naşı olanlar isə həmin əcnəbi mənbələrə əsaslanmışdı. Bu da Rəşadın yubiley – 100-cü oyunu ərəfəsində qəliz durum yaratmışdı. 100-cü matçı hərə bir qarşılaşmaya təsadüf edəcəyini iddia edirdi. Hətta UEFA-nın saytı da yanlışlığa yol vermişdi. Lakin nüfuzlu mənbələrlə yazışmalar sayəsində apasport.az bütün xətaların aradan qaldırılmasına nail oldu. Nəticədə UEFA da, AFFA da, digər nüfuzlu mənbələr də məhz saytımızın apardığı düzgün hesablamanı qəbul etdi. Hətta ölkə xaricində toplanışda olan Rəşadın özü redaksiyamıza zəng vuraraq, “mən neçə oyun keçirmişəm, hərə bir rəqəm yazır” deyib, dəqiq cavabı almışdı. Müdafiəçiyə hər şeyi dəqiq izah etməyimizlə də qaranlıq məqamlar aradan qaldırılmışdı. Məhz bu real rəqəmlərlə “14 nömrə” indi 111-ə çatacaq. Yoxsa ki, yanlış mənbələr bu rəqəmi fərqli göstərmiş olacaqdı.

Niyə 111?

Sadıqovun millidəki oyun sayında Şahin Diniyevin də “xidməti” az deyil. Məşqçi-futbolçu münasibətlərinin yaxşı olmamağı üzündən müdafiəçi uzun müddət yığmadan kənar düşdü. AÇ-2008-in seçmə mərhələsinin ilk oyunundan futbolçunu “qara siyahı”sına salan Diniyev istefa verənədək Rəşadı yığmaya qaytarmadı. Hərçənd, tsikl öncəsi keçirilən yoxlama matçlarında “14 nömrə” şans qazanırdı. Onun yoxluğunda isə milli 16 görüş keçirdi. Sadıqov-Diniyev münasibətlərində kimin haqlı, kimin haqsız olmasını araşdırmadan demək olar ki, bu münaqişə olmasaydı, müdafiəçi indi 111 yox, başqa rəqəmlə millidən gedəcəkdi.

Zədələr

Lakin kapitanın millidəki oyun sayına təkcə Diniyevin baş məşqçilik dönəmi təsir etməyib. Karyerası ərzində dəfələrlə zədə problemi ilə üzləşən futbolçu bu üzdən də kənarda qalmalı olub. Onun millidəki debütündən indiyə qədər 159 matç keçirən yığmamız 49 dəfə onsuz oynayıb. Bunların 16-sı Diniyev dönəminə təsadüf edibsə, 33-ü zədə və nadir cəzalı durumlarla bağlıdı.

Rəşadın “11-liy”i

Adətən baş məşqçilər “11-lik” müəyyənləşdirir. Lakin Sadıqovun öz “11-liy”i var. Söhbət ona millidə şans verən baş məşqçilərdən gedir. Müdafiəçi indiyədək 11 çalışdırıcının rəhbərliyi altında yığmada oynayıb. Legionerlər kapitana daha çox güvənib. Berti Foqts 51, Robert Prosineçki 16, Karlos Alberto Torres 15 dəfə Rəşada şans verib. Vaqif Sadıqov 11, Əsgər Abdullayev 7, Şahin Diniyev 3, Kazbek Tuayev, Qyoko Hacıyevski hərəsi 2, İqor Ponomaryov, həmçinin baş məşqçi əvəzi olan Nazim Süleymanov və Mahmud Qurbanov 1 dəfə Sadıqovu meydana buraxıb.

Qollar

Sadıqov millinin tarixində ən məhsuldar müdafiəçidi. 5 dəfə rəqib qapılarına yol tapan futbolçu ilk qolunu 2004-cü ildə Qazaxıstanla səfərdəki yoldaşlıq oyununda vurub. Digər 4 topa evdə sevinən “14 nömrə” DÇ-lərin seçmə mərhələlərində Uels və San-Marinonu, AÇ-nin seçmə matçında Türkiyəni məyus edibsə, sonunculara yoxlama matçında da qol vurub. Onun qolları Uels və Türkiyə ilə görüşlərdə 1:1 hesablı bərabərlik, sonuncularla seçmə oyununda 1:0 hesablı qələbə gətirib.

Qaçırılan penalti, qırmızı, avtoqol

Uğurları ilə yanaşı, uğursuzluqları da olan kapitan avtoqol sayında antirekordçudu. Lakin təcrübə göstərir ki, avtoqola elə ən yaxşılar imza atır. Sonadək mübarizə aparan, meydanda canını qoyanlar istəmədən tərs toxunuşa üzülür. Hərçənd, həmin epizodda asan qola imkan vermək, topa toxunmamaq da olar. Təkcə yığmamızla görüşdə qapımıza 2, öz qapısına 1 qol vuran Corco Kyellinini xatırlatmaq yetərlidi. Rəşadın avtoqol sayı isə 4-dü. 2010-cu ildə Makedoniya ilə neytral meydandakı yoxlama matçında ilk belə halla üzləşən “14 nömrə” sonradan Almaniya, Xorvatiya və Norveçdə seçmə oyununda belə uğursuzluq yaşayıb. Bəhreynlə yoxlama oyununda qaçırılan penalti, həmçinin yığma karyerasındakı yeganə qırmızı vərəqə də kapitanın zəngin karyerasının azsaylı uğursuz məqamlarındandı.

Nəticələr

Rəşadın oynadığı matçlarda millinin imza atdığı nəticələr də maraq doğurur. O, komandamızın 20 qələbəsində iştirak edib. 30 dəfə heç-heçə görən futbolçu 60 məğlubiyyətə üzülüb. Bu görüşlərdə millimiz 89, rəqibləri 190 qol vurub.

Zəfər və üzüntü

Təbii ki, 20 qələbə arasında parlaq qələbə də var, üzücü məğlubiyyət də. Seçmə mərhələlərdəki 8 qələbə daha yaddaqalandı. Türkiyə üzərindəki Bakıda əldə olunan 1:0, həmçinin Şimali İrlandiyanın 2:0, Serbiya və Çernoqoriyanın 2:1 üstələnməsi yaddaqalandı. San-Marinonun 5:1 hesabı ilə darmadağın edilməsi də diqqət çəkir. Polşaya 0:8, İspaniya, İsrail, Ukrayna və Xorvatiyaya 0:6 hesablı yenilgilər isə ən üzücülər sırasındandı.

Rəşad Sadıqovun millidəki bütün oyunları

tarix

turnir

rəqib

meydan

hesab

dəq

qol

st

sv

qv

k

07.10.2001

DÇSO

İsveç

s

0:3

90

1

1

20.02.2002

YO

Bolqarıstan

s

0:3

30

27.03.2002

YO

Albaniya

s

0:1

20

17.04.2002

YO

Malta

s

0:1

90

1

1

03.07.2002

YO

Estoniya

s

0:0

14

06.07.2002

YO

Latviya

s

0:0

90

1

1

08.08.2002

YO

İran (U 23)

s

2:2

62

1

10.08.2002

YO

İran

s

1:1

90

1

1

21.08.2002

YO

Özbəkistan

e

2:0

90

1

1

07.09.2002

AÇSO

İtaliya

e

0:2

90

1

12.10.2002

AÇSO

Finlandiya

s

0:3

24

20.11.2002

AÇSO

Uels

e

0:2

90

1

1

12.02.2003

AÇSO

Serbiya və Çernoqoriya

s

2:2

90

1

1

11.06.2003

AÇSO

Serbiya və Çernoqoriya

e

2:1

90

1

06.09.2003

AÇSO

Finlandiya

e

1:2

90

1

11.10.2003

AÇSO

İtaliya

s

0:4

90

1

14.12.2003

YO

BƏƏ

s

3:3

90

1

17.12.2003

YO

Oman

s

0:1

57

1

1

18.02.2004

YO

İsrail

s

0:6

90

1

31.03.2004

YO

Moldova

s

1:2

90

1

28.04.2004

YO

Qazaxıstan

s

3:2

90

1

1

28.05.2004

YO

Özbəkistan

e

3:1

90

1

06.06.2004

YO

Latviya

s

2:2

90

1

18.08.2004

YO

İordaniya

s

1:1

90

1

1

04.09.2004

DÇSO

Uels

e

1:1

90

1

1

08.09.2004

DÇSO

Avstriya

s

0:2

90

1

09.10.2004

DÇSO

Şim İrlandiya

e

0:0

90

1

1

13.10.2004

DÇSO

İngiltərə

e

0:1

90

1

1

09.02.2005

YO

Moldova

e

0:0

90

1

1

26.03.2005

DÇSO

Polşa

s

0:8

90

1

30.03.2005

DÇSO

İngiltərə

s

0:2

90

1

29.05.2005

YO

İran

s

1:2

90

1

1

04.06.2005

DÇSO

Polşa

e

0:3

90

1

17.08.2005

YO

Albaniya

s

1:2

90

1

03.09.2005

DÇSO

Şim İrlandiya

s

0:2

90

1

1

1

12.10.2005

DÇSO

Uels

s

0:2

90

1

1

28.02.2006

YO

Ukrayna

e

0:0

90

1

1

12.04.2006

YO

Türkiyə

e

1:1

90

1-pen.

1

1

15.08.2006

YO

Ukrayna

s

0:6

90

1

1

17.11.2007

AÇSO

Finlandiya

s

1:2

90

1

1

21.11.2007

AÇSO

Belçika

e

0:1

90

1

1

26.03.2008

YO

Litva

s

0:1

90

1

1

01.06.2008

YO

Bosniya və Herseqovina

s

0:1

90

1

1

04.06.2008

YO

Andorra

s

2:1

90

1

1

20.08.2008

YO

İslandiya

s

1:1

90

1

1

27.08.2008

YO

Iran

s

0:1

90

1

1

06.09.2008

DÇSO

Uels

s

0:1

90

1

1

1

10.09.2008

DÇSO

Lixtenşteyn

e

0:0

90

1

1

11.10.2008

DÇSO

Finlandiya

s

0:1

90

1

1

15.10.2008

YO

Bəhreyn

s

2:1

90

1

1

19.11.2008

YO

Albaniya

e

1:1

90

1

1

28.03.2009

DÇSO

Rusiya

s

0:2

90

1

1

02.06.2009

YO

Türkiyə

s

0:2

51

1

0

1

1

06.06.2009

DÇSO

Uels

e

0:1

90

1

1

09.06.2009

YO

İspaniya

e

0:6

90

1

1

12.08.2009

DÇSO

Almaniya

e

0:2

90

1

1

25.02.2010

YO

İordaniya

s

2:0

90

1

1

03.03.2010

YO

Lüksemburq

s

2:1

90

1

1

26.05.2010

YO

Moldova

n

1:1

90

1

1

29.05.2010

YO

Makedoniya

n

1:3

75

-1

1

1

02.06.2010

YO

Honduras

n

0:0

90

1

1

11.08.2010

YO

Küveyt

e

1:1

45

1

1

07.09.2010

AÇSO

Almaniya

s

1:6

90

-1

1

1

08.10.2010

AÇSO

Avstriya

s

0:3

90

1

1

12.10.2010

AÇSO

Türkiyə

e

1:0

90

1

1

1

09.02.2011

YO

Macarıstan

n

0:2

90

1

1

29.03.2011

AÇSO

Belçika

s

1:4

90

1

1

03.06.2011

AÇSO

Qazaxıstan

e

1:2

90

1

1

07.06.2011

AÇSO

Almaniya

s

1:3

90

1

1

10.08.2011

YO

Makedoniya

e

0:1

90

1

1

02.09.2011

AÇSO

Belçika

e

1:1

90

1

1

06.09.2011

AÇSO

Qazaxıstan

e

3:2

90

1

1

07.10.2011

AÇSO

Avstriya

e

1:4

90

1

1

11.10.2011

AÇSO

Türkiyə

s

0:1

90

1

1

24.02.2012

YO

Sinqapur

n

2:2

45

1

1

27.02.2012

YO

Hindistan

n

3:0

90

1

1

29.02.2012

YO

Fələstin

n

0:2

90

1

1

15.08.2012

YO

Bəhreyn

e

3:0

90

-pen.

1

1

07.09.2012

DÇSO

İsrail

e

1:1

90

1

1

11.09.2012

DÇSO

Portuqaliya

s

0:3

90

1

1

22.03.2013

DÇSO

Lüksemburq

s

0:0

90

1

1

26.03.2013

DÇSO

Portuqaliya

e

0:2

90

1

1

1

29.05.2013

YO

Qətər

s

1:1

45

07.06.2013

DÇSO

Lüksemburq

e

1:1

90

1

1

14.08.2013

YO

Malta

e

3:0

13

07.09.2013

DÇSO

İsrail

s

1:1

90

1

1

11.10.2013

DÇSO

Şim İrlandiya

e

2:0

90

1

1

15.10.2013

DÇSO

Rusiya

e

1:1

90

1

1

05.03.2014

YO

Filippin

n

1:0

32

03.09.2014

YO

Rusiya

s

0:4

90

1

1

09.09.2014

AÇSO

Bolqarıstan

e

1:2

90

1

1

10.10.2014

AÇSO

İtaliya

s

1:2

90

1

1

1

13.10.2014

AÇSO

Xorvatiya

s

0:6

90

(1)

1

1

16.11.2014

AÇSO

Norveç

e

0:1

90

1

1

28.03.2015

AÇSO

Malta

e

2:0

90

1

1

07.06.2015

YO

Serbiya

n

1:4

45

1

1

12.06.2015

AÇSO

Norveç

s

0:0

90

1

1

03.09.2015

AÇSO

Xorvatiya

e

0:0

90

1

1

06.09.2015

AÇSO

Malta

s

2:2

90

1

1

10.10.2015

AÇSO

İtaliya

e

1:3

90

1

1

13.10.2015

AÇSO

Bolqarıstan

s

0:2

90

1

1

1

26.03.2016

YO

Qazaxıstan

n

0:1

45

1

1

29.05.2016

YO

Makedoniya

n

1:3

90

1

1

04.09.2016

DÇSO

San-Marino

s

1:0

90

1

1

08.10.2016

DÇSO

Norveç

e

1:0

90

1

1

09.03.2017

YO

Qətər

s

2:1

45

1

1

26.03.2017

DÇSO

Almaniya

e

1:4

90

1

1

10.06.2017

DÇSO

Şim İrlandiya

e

0:1

90

1

1

01.09.2017

DÇSO

Norveç

s

0:2

90

(1)

1

1

05.09.2017

DÇSO

San-Marino

e

5:1

90

1

1

1

DÇSO – dünya çempionatının seçmə oyunu, AÇSO – Avropa çempionatının seçmə oyunu, e – evdə, s – səfərdə, n – neytral meydanda, (1) – avtoqol, pen. – penaltidən, -pen. – qaçırılan penalti, dəq – dəqiqə, st – start heyətində, sv – sarı vərəqə, qv –qırmızı vərəqə, k – kapitan.

COP29

www.yenicag.az

2856
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv